​Arıqlamaq üçün dəmir iradə yox, dəmir vitamin lazımdır - İLLƏRDİR AXTARDIĞINIZ ÜSUL

​Arıqlamaq üçün dəmir iradə yox, dəmir vitamin lazımdır
09:39 26.05.2023
187 Toplum
A- A+
Dietoloq İrem Şeroların sözlərinə görə, qanda vitamin D, B12 və dəmir səviyyəsinin aşağı olması arıqlamağa mane olan başlıca amillərdir.

“Haber Globol”a danışan mütəxəssis arıqlamaq istəyənlərə hər şeydən öncə daxili xəstəliklər həkiminə gedərək ətraflı müayinə olunmağı və qan analizi verməyi tövsiyə edib. Həkim həmçinin bildirib ki, arıqlamaq istəyən insanın pəhrizi həyat tərzinə uyğun təşkil edilməlidir. Karbohidrat, yağ və zülallardan tamamilə imtina etmək isə yolverilməzdir.

Səhv pəhriz

İnsanlar tez arıqlamaq üçün şüursuzca bədənlərinə zərər verirlər. Yay öncəsi son dərəcə məhdud kalorili pəhrizləri sınaqdan keçirirlər. Bir sıra qidaların, xüsusilə lif və yağ qrupunun mütəxəssis məsləhəti olmadan rasiondan çıxarılması insanların bağırsaq hərəkətlərini ləngidə, immunitetin zəifləməsinə, hətta əzələ itkisinə səbəb ola bilər.

Aclığı hiss etməyəcəyiniz proqram tərtib olunmalıdır

Arıqlamaq üçün insanlar keyfiyyətli karbohidratlara (məsələn, tam buğda, un və ya çörək, yulaf, bulqur, qarabaşaq yarması), sağlam bişmiş zülal qrupuna (qril, qaynadılmış, sobada bişmiş və s.) və sağlam yağ qrupuna (zeytun, qoz-fındıq) üstünlük verməlidilər. Həmçinin mövcud çəki əsasında planlaşdırılmış, zəngin və aclıq hiss etdirməyən bir proqrama uyğun qidalanmalıdılar. Müntəzəm məşqlər həm arıqlamağa, həm də əzələlərinin qorunmasına kömək edəcək.

İnsanın maddələr mübadiləsinin sürəti gündəlik hərəkətinə, etdiyi idmana, yaşına, genetik meylinə, sahib olduğu xəstəliklər üçün istifadə etdiyi dərmanlara və əlavələrə görə dəyişir. Odur ki, pərhiz tərtib olunarkən bütün bunların nəzərə alınması xüsusilə vacibdir.

Tiriod xəstəliyi də arıqlamağa mane olur!

“Sürətlə arıqlaya bilmirəm” deyənlər əvvəlcə daxili xəstəliklər həkiminə müraciət etməli və ətraflı qan analizi verməlidir. Qalxanabənzər vəz, tiroid antigenləri, qanda şəkər səviyyəsinin tənzimlənməsi, insulin müqaviməti, aşağı şəkər (hipoqlikemiya) kimi xəstəliklər ola bilər. Vitamin çatışmazlığı varsa, pəhrizi ona əsasən planlaşdırmalıdır. Həkim vitamin əlavələri yazıbsa, mütləq qəbul edilməlidir. Bu, maddələr mübadiləsini sürətləndirməyə kömək edəcək.

Şerolar sağlam arıqlaya bilməməyinizin digər səbəblərini belə sadalayıb:

Qanda vitamin D, B12 səviyyəsinin aşağı olması

Dəmir çatışmazlığı anemiyası

Oturaq həyat tərzi və oturaq işlər

Kortizol istifadəsi

Yuxunun pozulması

Stress

Tez-tez səyahət etmək və sağlam qidalanma rejimi qura bilməmək

Həddən artıq şəkər istifadə etmək

Alkoqol istifadəsi

Maddələr mübadiləsini sürətləndirin!

Aparılan araşdırmalar göstərib ki, metabolizminizin sürəti bədən əzələ kütləsi ilə birbaşa əlaqəlidir. Müntəzəm idman və məşq etməklə əzələ kütləsini artıra və beləliklə bədəndə yağların əriməsini sürətləndirə bilərsiniz. İdman qan axınını tənzimləyir və toksinlərin atılmasına kömək edərək maddələr mübadiləsini sürətləndirir. Təəssüf ki, qida ilə maddələr mübadiləsini sürətləndirmək mümkün deyil. Odur ki, bəzi məhsulların maddələr mübadiləsini sürətləndirməsinə dair yayılan şayiələrə inanmayın. Ancaq unutmayın ki, sağlam qidalanmaq bədəndəki antioksidant mexanizmini yaxşılaşdıracaq, un məlumatları kimi, tez həzm olunan karbohidratları rasiondan çıxarmaq isə maddələr mübadiləsinin yavaşlamasına mane olacaq, bu da dolayısı ilə maddələr mübadiləsini sürətləndirəcək. Bir sözlə, arıqlamaq istəyirsinizsə, daha çox hərəkətdə olmalısınız!

Bədəninizi hazırlayın!

Pəhrizə başlamağa cəsarətiniz yoxdursa və qorxursunuzsa, bu prosesə hazırlıq sizi motivasiya edəcək. Orqanizmi pəhrizə hazırlayarkən bu amilləri nəzərə alın.

İlk və ən vacib addım odur ki, pəhrizinizi qurmalısınız. Oyanma vaxtını və aclıq saatlarını müəyyənləşdirin. Eyni şeyləri yeməyə davam etsəniz belə, müəyyən etdiyiniz vaxtlarda yeyin.

Çay və qəhvəyə şəkər əlavə etmək əvəzinə, yalnız istədiyiniz şirniyyatları yeyin və həddi aşmamağa çalışın.

Hər gün 2 litrə yaxın su içməyə çalışın, önünüzə hədəflər qoyun.

Evdə aldığınız çörəyin rəngini dəyişdirin. Kəpəkli, tam buğdalı və ya çovdarlı qəhvəyi çörəklər alın.

Daha çox hərəkət edin, lift əvəzinə pilləkənlərdən istifadə edin.

Ac qarnına alış-verişə getməyin, tərkibində zərərli məhsullar olan koridorlardan uzaq durun və evdə onların ehtiyatını yığmayın.

Yay pəhrizi necə təşkil edilməlidir?

Diyetoloq Şerolar yayda pəhriz saxlayanlara aşağıdakı qidalara üstünlük verməyi məsləhət görüb.

Tam buğda, kəpək və çovdar unundan hazırlanmış bütün məhsullar (makaron, əriştə, pancake, xəmir və s.)

Düyü qrupundan: bulqur, qarabaşaq yarması, qısır, qəhvəyi düyü və ya basmati düyü plovu

Bütün meyvələr və qurudulmuş meyvələr

Şorbalar (unsuz, düyüsüz və əriştəsiz)

Yağ qrupu: Zeytun yağı və günəbaxan yağı

Çərəzlər: qoz, badam, fındıq, fıstıq, balqabaq tumu, keju (xam və duzsuz olmalıdır)

Kətan toxumu, çia

Kokos və yağı

Zeytun

Avokado

Zülallar: Qrildə, manqalda, qaynadılmış və ya yapışmayan tavada bişmiş ət, toyuq, balıq, zeytun yağında ton balığı.

Pəhrizə idman da əlavə olunursa, bunlara diqqət etməlisiniz!

Pəhriz saxlamaqla bərabər idmanla da məşğul olmaq istəyirsinizsə, prioritet sağlamlığınız olmalıdır. Taxikardiya və ya ürək xəstəliyi varsa, həkimə müraciət etmədən ağır idman və məşq hərəkətlərini yerinə yetirməyə çalışmayın. /publika.az