​İrandan Türkiyəyə inanılmaz təklif: "İLK NÖVBƏDƏ HƏRBÇİLƏRİ.."

​İrandan Türkiyəyə inanılmaz təklif:
14:42 18.09.2023
132 Siyasət
A- A+

Türkiyə və Suriya arasında vasitəçilik iddiasında olan İran Ankaranın qəbul edə bilməyəcəyi bir təklif irəli sürüb.

Bu barədə “Yeniakit” məlumat yayıb. 

Məlumata görə, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ankara və Dəməşqə əlaqələrin normallaşdırılması ilə bağlı plan təklif edib.

“İran daima bölgədəki maraqlarına uyğun davranıb. Abdullahiyan Əsədin tərəfindən danışarkən inanılmaz bir təklif planı təqdim etdi”, - nəşr yazır.

Abdullahiyan qeyd edib ki,  əvvəla Dəməşqin tələbi ilə türk hərbçiləri Suriyanın şimalından çıxarılsın. Bunun müqabilində isə Türkiyəyə qarşı terror təhlükəsinin qarşısını almaq üçün Suriyanın şimal sərhədlərində qoşun yerləşdirilsin.

Abdullahiyanın sözlərinə görə, İran və Rusiya da bu planın təminatçısı olacaq.

Türkiyə və Suriyanın mövqeyinə gəlincə isə sözügedən ölkələrin bu təklifə necə cavab verdiyi hələlik açıqlanmayıb./News24.az