​“Haber Global” Qənirə Paşayevanın dəfnindən süjet hazırladı - VİDEO

​“Haber Global” Qənirə Paşayevanın dəfnindən
14:09 29.09.2023
235 Ölkə
A- A+

“Qənirə Paşayeva 7 il ərzində jurnalistlik edib, sonra isə bu müddət ərzində digər önəmli işlərə də imza atıb. O, hər mənada olduqca zəngin mənəviyyata sahib, özünü yetişdirmiş bir insan idi. Bu insan izdihamından da görürük ki, o, Azərbaycan xalqı tərəfindən olduqca çox sevilən, önəmli bir insan olub”.

Bu barədə “Haber Global”ın Azərbaycandakı müxbiri Mücahit Topçu mərhum Qənirə Paşayevanın dəfn mərasimindən hazırladığı süjetdə qeyd edib.

Süjetdə, həmçinin Qənirə Paşayevanın həyat fəaliyyəti, xüsusilə türk dünyasının birləşməsi, türk dünyasının gələcəyi üçün önəmli işlərə imza atması, “Türkiyə-Azərbaycan Dostluq Qurumu”nun rəhbəri olması və keçirdiyi xəstəlik səbəbi ilə uzun müddətdir müalicə olunması barədə deyilir.

Daha ətraflı “Haber Global”ın hazırladığı süjetdə: