​Bu rayonun bir hissəsində qaz olmayacaq

​Bu rayonun bir hissəsində
19:15 12.10.2022
280 Toplum
A- A+

Ucar rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə SÜLH.İNFO.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

“Qaz İxrac” İdarəsinə məxsus “Lək” QPS-in girişin hissəsində quraşdırılmış qurğunun dəyişdirilməsi və digər avadanlıqlarda aşkar olunmuş qaz sızmasının ləğvi ilə bağlı, 13.10.2022-ci il tarixdə saat 09:00-dan işlər başa çatanadək “Lək” QPS-dən “Lək 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir aparılan müddətdə Ucar rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.