​93 min manat rüşvət alan Lənkəranın sabiq baş memarından XƏBƏR VAR

​93 min manat rüşvət alan Lənkəranın sabiq baş memarından
16:34 22.11.2023
5866 Hadisə
A- A+

Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri – baş memar Elgün Abdullayevin cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri – baş memar Elgün Abdullayev ötən ilin oktyabr ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

Əməliyyat tədbirləri ilə Elgün Abdullayevin qeyd olunan vəzifədə işləyərkən rayon ərazisində yerləşən torpaq sahələri üzərində tikilmiş fərdi yaşayış evi və qeyri-yaşayış sahələri ilə bağlı sənədləşmənin aparılmasına, eləcə də həmin sahələrin layihələrinin rəhbərlik etdiyi şöbədə təsdiq edilməsi üçün ona müraciət etmiş ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

İttihama görə, o, 93 350 manat rüşvət alıb.

Elgün Abdullayev Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (külli miqdarda təkrarən rüşvət alma) maddələri ilə ittiham olunur və özünü ittihamlar üzrə təsirli bilmir. Pravda.az