​Hava ilə bağlı VACİB XƏBƏRDARLIQ - güclü külək ƏSƏCƏK

​Hava ilə bağlı VACİB XƏBƏRDARLIQ
16:24 22.11.2023
3417 Toplum
A- A+

Bakıda və Abşeron yarımadasında noyabrın 23-də cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, günün ikinci yarısından 24-dək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, rayonlarda noyabrın 23-24-də qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 23-də ayrı-ayrı yerlərdə arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.