Yazıçı Kəramət Böyükçöl şahid qismində dindirilməsi üçün Baş Prokurorluğa çağırılıb.
Bu barədə qurumun Mətbuat Xidmətindən bildirilib.
"Bəzi sosial şəbəkələrdə Kəramət Böyükçölün Baş Prokurorluğun İstintaq idarəsinə çağırılması ilə bağlı məlumat yayılıb.
Bildiririk ki, həmin şəxs konkret cinayət işi üzrə şahid qismində dindirilməsi üçün Baş Prokurorluğun İstintaq idarəsinə dəvət olunub.
İstintaq aparıldığı dövrdə qeyd olunan bu tipli informasiyalar ətrafında sosial şəbəkələrdə müzakirələrin aparılması süni ajiotajın yaradılmasına xidmət etməklə yolverilməzdir", - məlumatda qeyd edilib.
Mənbə: Baku.ws