​CeyLo 9 ildən sonra ilk dəfə bu addımı atacaq

​CeyLo 9 ildən sonra ilk dəfə bu addımı
22:15 26.11.2022
151 Maqazin
A- A+

Müğənni Cennifer Lopezin bir müddət əvvəl profil hesabında bütün fotolarını silib qara fondan istifadə etməsinin səbəbi ortaya çıxıb. O, doqquz ildən sonra ilk albomunun yeni buraxılışını elan edib.

İfaçı bu barədə sosial media hesabında yazıb. O, 20 ildən sonra albomun yenilənmiş versiyasını əvvəlki və indiki görünüşü ilə müqayisə edərək açıqlayıb.

Belə ki, ümumilikdə albom 13 trekdən ibarət olacaq və 2023-cü ildə işıq üzü görəcək.

Xatırladaq ki, “This Is Me” adlı albomun ilk buraxılışı CeyLonun həyat yoldaşı, aktyor Ben Affleklə yarımçıq qalan ilk nişanı ərəfələrində olub. 

Qeyd edək ki, Lopezin son studiya albomu "A.K.A." 2014-cü ildə təqdim olunub.