​Pelenin səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi

​Pelenin səhhəti pisləşdi, xəstəxanaya
22:20 30.11.2022
112 İdman
A- A+

Əfsanəvi braziliyalı hücumçu Pele səhhətində yaranan problemlər səbəbindən yenidən xəstəxanaya yerləşdirilib.

Bu barədə ESPN məlumat yayıb. Ona ürək çatışmazlığı ilə yanaşı, özünə qulluq edə bilməyən çaşqınlıq da daxil olmaqla ümumi bədən ödemi diaqnozu qoyulub.

Son aylarda Pele kimya terapiyası alırdı, lakin bu müsbət nəticə vermədi. Hazırda Pele xüsusi müayinədən keçir və lazımi analizlər aparılır. Həkimlərin onu nə vaxt xəstəxanadan çıxara biləcəyi məlum deyil.

Xatırladaq ki, 2021-ci ilin sentyabrında Peleyə yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Veteran futbolçu sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilib.