​Hollivud ulduzuna 6 yaşında atası narkotik veribmiş

​Hollivud ulduzuna 6 yaşında atası
22:30 05.12.2022
123 Maqazin
A- A+

Məşhur “Dəmir adam” ekran işinin ulduzu Robert Dauni haqda daha bir fakt üzə çıxıb.

Uzun illər narkomaniyayla mübarizə aparan aktyor qadağan olunmuş maddələrin saxlanmasına görə də bir neçə aylıq həbs cəzası almışdı. Bu günlərdə isə sənətçinin narkotik maddə ilə ilk dəfə tanış edən şəxsin ötən il vəfat edən rejissor atası Robert Dauni-böyükün olduğu məlum olub.

Hadisə Hollivud ulduzunun 6 yaşı olarkən ailə naharında baş verib. Belə ki, Dauninin atası oğlunun şərab içdiyini görüb və ona marixuana çəkməyi təklif edib. 

Qeyd edək ki, Robert Dauni-böyük özü də güclü asılılıqdan əziyyət çəkirdi.