​Bu ölkədə 6 aylıq körpələrə “Pfizer” peyvəndi vurulacaq

​Bu ölkədə 6 aylıq körpələrə “Pfizer” peyvəndi
22:45 06.12.2022
A- A+

Böyük Britaniyada koronavirusa qarşı “Pfizer-BioNTech” şirkətinin istehsal etdiyi peyvənd 6 aylıq körpələrdən 4 yaşa qədər olan uşaqlarda istifadə ediləcək.

Bu barədə İngiltərə Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Təşkilatı məlumat yayıb.

Təşkilat peyvəndin tələb olunan təhlükəsizlik, keyfiyyət və effektivlik standartlarına cavab verdiyini bildirib.

Qərardan əvvəl 4526 könüllü arasında sınaqlar keçirilib.