​Bakının bu rayonlarında su kəsilib - SƏBƏB

​Bakının bu rayonlarında su kəsilib -
10:00 08.12.2022
68 Hadisə
A- A+

Kür-Bakı magistral su kəmərində baş vermiş qəzaya görə Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

"Azərsu" ASC-yə istinadən xəbər verir ki, əraziyə qəza briqadaları və xüsusi texnika cəlb olunub, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Qurum yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.