​Şuşaya turizm məqsədli səfərlər reallaşdırılacaq

​Şuşaya turizm məqsədli səfərlər
12:00 08.12.2022
226 Turizm
A- A+

Dövlət Turizm Agentliyi Şuşa şəhərinə turizm məqsədli səfərlərin təşkil edilməsi üçün işləri yekunlaşdırmaq üzrədir.

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

O, bu barədə rəhbərlik etdiyi qurumun və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti”nda danışıb.

“Vətəndaşlarımız digər yerlərə olduğu kimi Şuşaya da turizm məqsədli səfərlər edə biləcəklər”, - deyə o qeyd edib.

“Qarabağın turizm potensialının öyrənilməsi, reallaşdırılması, tanıdılması üçün çoxistiqamətli tədbirlər icra olunur. Bu ilin mart ayında Tərtər rayonunun Suqovuşan kəndində Prezidentin iştirakı ilə turizm kompleksinin təməli qoyuldu. Eyni zamanda Ağdamda tarixi Şahbulaq qalası ətrafında turizm üzrə ilkin rekreasiya infrastrukturu qurulub. Şuşa şəhərinin və Daşaltı qəsəbəsinin, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcərin turizm imkanlarının qiymətləndirilməsi aparılıb, müvafiq inkişaf strategiyaları və fəaliyyət planlarına inteqrasiya edilib”, - deyə sədr əlavə edib.