​“Ərazilərimizdə qızıl və mis yataqlarının qanunsuz istismarına qarşı etiraz edirik” - Şura sədri

​“Ərazilərimizdə qızıl və mis yataqlarının qanunsuz istismarına qarşı etiraz edirik” -
15:20 14.12.2022
217 Qarabağ
A- A+

“Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində qızıl və mis yataqların qanunsuz istismarına qarşı vətəndaş cəmiyyəti olaraq etiraz edirik”.

Bunu “Report”a açıqlamasında Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasında iştitrak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctmai Şuranın sədri Amin Məmmədov deyib.

Şura sədri xatırladıb ki, aidiyyəti dövlət qurumlarının əməkdaşları həmin ərazilərdə monitorinq keçirmək istəsə də, buna imkan verilməyib:

“Təəssüf ki, sülhməramlılar missiyasına uyğun olaraq təxribatın qarşısını almadı və ya ala bilmədi. Nəticədə monitorinqi keçirmək mümkün olmadı. Buradan onlara səslənirəm ki, əgər söz verib öhdəlik götürmüsünüzsə əməl edin”.

“Qarşı tərəf belə bir iddia ortaya atıb ki, guya etirazçılar yolu bağlayıb. Azərbaycan tərəfi rəsmi bəyanat yaydı ki, yolu bizim ölkəmiz yox, məhz Rusiya sülhməramlıları bağlayıb. Humanitar yüklər və təcili tibbi yardım avtomobilləri yoldan istifadə edə bilsələr də, bunu etmirlər. Odur ki, bütün bunlar hamısı şayiədir” – A.Məmmədov əlavə edib.

Mənbə: Report