​Ürək sağlamlığı üçün 5 ədviyyat

​Ürək sağlamlığı üçün
18:00 22.12.2022
A- A+

Bəzi ədviyyatlar öz təsiri ilə ürək sağlamlığını qoruya bilir.

Həmin faydalı ədviyyatları təqdim edirik:

Sarımsaq – hind həkim Çaraka sarımsağın ürək üçün tonizəedici təsir göstərdiyini, damarlardan qanın rahat axışını təmin etdiyini bildirmişdi. Yüksək xolesterini sarımsaqla müalicə etmək olur.

Zəncəfil – ürək toxumasına iltihab əleyhinə təsir edir, oksidləşdirici stresi azaldır, xolesterini salır, təzyiqi düşürür. Zəncəfil çayı ürəyi qoruyur.
Qara istiot – güclü antioksidant, iltihab əleyhinədir, lipid səviyyəyisinin qalxmasına qarşıdır. Ürək tutmasından sonra ürəyin normal fəaliyyətini bərpa edə bilər.

Sarıkök – 5000 il əvvəl kurkumin xroniki iltihabi proseslər, pankreatit, bağırsaq xəstəlikləri, neyrodegenerativ xəstəliklər, qaraciyər zədələnməsi və ürək xəstəliklərində istifadə olunub.

Hil – Hipolipidemik təsiri var, lazımsız xolesterini qovur. Ürəyin gücünü artırır, qanı dezinfeksiya edir.
Ürək sağlamlığınız üçün bu ədviyyatlardan istifadə edə bilərsiz.