​Tovuzda 35 yaşlı kişinin meyiti tapıldı

​Tovuzda 35 yaşlı kişinin
16:00 23.12.2022
456 Hadisə
A- A+

Tovuz rayonunda su arxının kənarında kişi meyiti tapılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, dərhal Tovuz Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.

İlkin araşdırmalar nəticəsində meyitin kənd sakini, 1987-ci il təvəllüdlü Zaur Əliyev olması müəyyən olunub. Üzərində zorakılıq əlamətləri görünməyən cəsəd müvafiq ekspertizaya təqdim edilib, araşdırmalar davam etdirilir.