​Şagirdlər üçün bu dillərdə dərslikləri çap OLUNACAQ

​Şagirdlər üçün bu dillərdə dərslikləri çap
11:57 17.03.2023
88 Sosial
A- A+
Hazırda I-IV siniflər üçün “Talış dili”, “Saxur dili, “Xınalıq dili” və I sinif üçün “Haput dili” dərslik komplektlərinin çapı üzrə işlər aparılır.

Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Hesabatda qeyd olunub ki, 2022-23-cü tədris ilinə I-XI siniflər üçün 21,7 min nüsxə “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri Gürcüstanın tədris Azərbaycan dilində olan ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə çatdırılıb. Eyni zamanda, ölkəmizdə tədris gürcü dilində olan məktəblərin tələbatına əsasən, Gürcüstan Elm və Təhsil Nazirliyindən daxil olmuş 1,5 min nüsxə dərslik tədris gürcü dilində olan məktəblərin şagirdlərinin istifadəsinə verilib.

Ümumtəhsil müəssisələrinin I-IV sinifləri üçün “Azsaylı xalqların dili” fənni üzrə dərslik komplektləri hazırlanıb.

Məzmun islahatları çərçivəsində altı fənn üzrə (“Riyaziyyat” I-XI, “Həyat bilgisi” I-IV, “Təbiət” V-VI, “Fizika” VII-XI, “Kimya” VII-XI, “Biologiya” VII-XII) kurikulumlar təkmilləşdirilib və ya yeni hazırlanıb.

Eyni zamanda, dörd fənn üzrə (“Azərbaycan dili” I-XI, “Ədəbiyyat” V-XI, “İngilis dili” I-XI, “Coğrafiya” VI-XI) kurikulumların təkmilləşdirilməsinə başlanıb.

Təmayüllü 10-cu və 11-ci siniflər üçün profil fənn kurikulumları hazırlanıb, təsdiq edilib və 2022/23-cü tədris ilində tətbiqinə başlanıb.