​61 yaşlı aktyor - "Nə fəxri adım, nə mükafatım, nə də evim var..." /FOTO

​61 yaşlı aktyor
09:32 09.05.2023
A- A+
Aktyor Natiq Fərzəliyev hələ də Fəxri ad ala bilməməsindən şikayətlənib.

O, fesybuk səhifəsində paylaşım edərək 42 illik sənət fəaliyyəti olduğunu, lakin hələ də heç bir Fəxri ada layiq görülmədiyini vurğulayıb:

"Xoşbəxt adamam ki, ailəm, övladlarım var. Xalq məni tanıyıb, sevib. 42 il xidmətimə görə nə fəxri adım, nə mükafatım, nə də evim var... Yetiməm ona görə?"

Xatırladaq ki, Natiq Fərzəliyev müsahibələrindən birində 10 il əvvəl Əməkdar artist Fəxri adı almaq üçün adının Mədəniyyət Nazirliyinə göndərildiyini, lakin bunun bir nəticəsi olmadığını qeyd edib.