​Azərbaycanda istirahət mərkəzində faciə - Meyit tapıldı

​Azərbaycanda istirahət mərkəzində faciə
11:22 08.06.2023
88 Hadisə
A- A+
Gədəbəydə yerləşən istirahət mərkəzlərindən birində meyit aşkarlanıb.

Sulh.info.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.

Bakı şəhər sakini olan 1966-cı il təvəllüdlü Vaqif Məmmədovun kənddə yerləşən istirahət mərkəzlərinin birində meyiti aşkar edilib. İlkin məlumata görə, mərhum ürək çatışmazlığından vəfat edib.

Ölümün səbəbləri araşdırılır.