​İnstaqramda möhtəşəm yenilik - “TikTok”dakı kimi…

​İnstaqramda möhtəşəm yenilik
11:25 22.06.2023
A- A+
İnstaqram sosial şəbəkəsi rəqibi "TikTok"u xatırladan yeniliyi istifadəçilərinə təqdim edib.

Bundan sonra sosial şəbəkədə hər kəsə açıq videoların telefonun yaddaşına yüklənməsi funksiya aktivləşəcək.

Məlumata görə, bu barədə instaqramın baş direktoru Adam Mosserinin açıqlama verib. O, bildirib ki, yalnız ictimai hesablardakı “reels”lər endirilə bilər. İctimai şəxslər videonun yüklənə bilmə funksiyasını özləri bağlaya bilərlər.

Sözügedən funksiya hazırda yalnız ABŞ-da mobil cihazlarda və yalnız qeyri-şəxsi hesablarda mövcuddur. Xüsusiyyətdən istifadə etmək üçün müəyyən bir çarxın “Paylaş” ikonasına toxunub “Yüklə” funksiyasını seçə bilərsiniz.