​Hovuz və kondisionerlər vasitəsi ilə dəhşətli virus yayılır

​Hovuz və kondisionerlər vasitəsi ilə
15:07 30.08.2023
A- A+

Polşanın cənub-şərqində "legioner" xəstəliyi yayılmaqda davam edir. Xəstəlik səbəbiylə həyatını itirənlərin sayı 14-ə yüksəlib.

Sulh.info.az  "Posta"ya istinadən xəbər verir ki, Rzeşov şəhərində müxtəlif şikayətlərlə xəstəxanaya müraciət edən və "legioner" xəstəliyi diaqnozu qoyulanların sayı 150-yə çatıb.

Rzeşzov şəhərində epidemiyanın aşkarlanmasından sonra başladılan təhqiqat haqqında danışan Polşa Xüsusi Xidmətlər Koordinatorunun müavini Stanislav Zaryn, "Sabotajla üzləşdiyimiz barədə heç bir məlumat aşkar etməmişik", - deyib.

Polşa Daxili Təhlükəsizlik Təşkilatından (ABW) edilən açıqlamada, legionella bakteriyasının ilk dəfə göründüyü Rzeşov şəhərinin Polşanın Ukrayna ilə sərhədində yerləşdiyi, silah daşımaları, humanitar yardım kimi bir çox yardımın edildiyi qeyd olunur. Materiallar bu şəhər vasitəsilə Ukraynaya göndərilib, burada təxribat törədilməsi faktı ilə bağlı araşdırmalara başlanıldığı bildirilir.

Legioner xəstəliyi nədir?

"Legioner" xəstəliyi Legionella pneumophila bakteriyasının yaratdığı ciddi ağciyər xəstəliyidir. Bakteriyaya məruz qalan insanların əksəriyyəti xəstəliyə tutulmasa da, 50 yaşdan yuxarı insanlar, xroniki ağciyər xəstəliyi, böyrək və ya qaraciyər çatışmazlığı olanlar, xərçəng xəstələri, immun sistemi zəif olanlar, şəkərli diabet xəstələri və siqaret çəkənlər xəstəliyə daha çox yoluxurlar. Kondisioner, isti vanna və ventilyasiya sistemləri kimi tənəffüs sistemləri ilə yoluxan xəstəlik antibiotiklərlə müalicə edilə bildiyi halda, risk qrupunda olan xəstələrin 10%-i dünyasını dəyişir.