​Qoşa xətti kəsən "Prius" sürücüsü keçiddə piyadanı belə vurdu - ANBAAN VİDEO

​Qoşa xətti kəsən
15:55 12.09.2023
151 Dünya
A- A+

Paytaxtın Hüseyn Cavid prospektində baş vermiş yol-nəqliyyat hadisəsi anbaan kameraya düşüb.

Hadisə "Bravo" marketin qarşısında qeydə alınıb. Belə ki, marketdən çıxan şəxs araba ilə piyada keçidindən keçir. Bu zaman qoşa xəttin tələblərini kobud şəkildə pozan "Toyota Prius" sürücüsü piyadanı vurur. Xoşbəxtlikdə hadisə nəticəsində piyada ciddi xəsarət almayıb./avtosfer.az

Videonu təqdim edirik: