​Ərdoğanla Makron arasında gülüş doğuran DİALOQ: "Bəs gələcəkdin?" - VİDEO

​Ərdoğanla Makron arasında gülüş doğuran DİALOQ:
15:18 15.09.2023
A- A+

G20 sammitində Ərdoğanla Makron arasında gülüş doğuran anlar yaşanıb.

Sulh.info.az bildirir ki, Fransa Prezidenti Emmanuel Makron ötən həftə Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 sammitindən sonra rəsmi “Twitter” hesabında video paylaşıb. Sözügedən görüntülərdə Makronla Türkiyə prezidentinin qısa söhbəti də yer alıb.

Belə ki, Makron çıxışının əvvəlində “Liviya məsələsini yenidən danışa bilsək, şad olardım” deyib. Daha sonra prezident Ərdoğan həmkarına əvvəlki vədini xatırladıb və “Bəs gələcəkdin?” sualını verib. Fransa prezidenti isə ardınca, “Gələcəkdim, amma sən yox idin. Yaxşı, gələcəm” deyib. Ərdoğan isə gülərək “Tamam, gəl danışaq”, deyib və iki lider sağollaşaraq ayrılıblar.

Xatırladaq ki, iki lider sonuncu dəfə Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Siyasi Birliyi Liderlər Zirvəsi çərçivəsində görüşüblər. Prezident Ərdoğan Türk Dövlətləri Təşkilatı ilə bağlı söhbəti zamanı Makrona “Gəlin, sizi Türk Birliyinə qoşaq. Hər şey Avropadan ibarət deyil” söyləyib.  Makron Ərdoğanın dəvətinə “G20 sammitindən sonra gələcəm”, - qarşılığını verib.