​Şans bu bürclərə güləcək - Onlar ilin sonunacan yeni qazanclar əldə edəcəklər

​Şans bu bürclərə güləcək
15:29 10.10.2023
1249 Maraqlı
A- A+

2023-cü ilin sonuna qədər maddi baxımdan qazanc əldə edə biləcək bürclər var. Onlar yeni gəlir mənbələri taparaq zəngin ola bilərlər.

 

Sulh.info.az həmin bürclərin siyahısını təqdim edir.

 

Qoç bürcü - İddialı xasiyyətə malikdirlər. Tapdıqları hər fürsətdən istifadə etmək üçün hərəkətə keçirlər. Onlar maliyyə məqsədlərinə çatmaq yolunda nə etməli olduqlarını yaxşı bilirlər. Uğur pillələrini addım-addım çıxmaq uğrunda mübarizə aparırlar. Bu bürcün nümayəndələri il sonuna kimi çoxlu pul qazana bilərlər.

Buğa bürcü - 2023-cü il onlar üçün də düşərlidir. Xüsusən də maliyyə məsələlərində şanslıdırlar. Onlar uğur və pul qazanmaq üçün çox səy göstərirlər.

Şir bürcü - Böyük qərarlar qəbul edərkən öz instinktlərinə güvənirlər. Bu isə yaxın gələcəkdə yaşayacaqları uğurlara töhfə verəcək. Onlar həm də mehriban və səxavətlidirlər. Bu xüsusiyyətlər də şirlərin uğurlu olmasına şərait yaradır. Onların hədəfləri həmişə ən yüksəkdir və məqsədlərinə çatmaq üçün daim çalışırlar.

Qız bürcü – 2023-cü il onlar üçün də uğurlu hesab edilə bilər. Əsasən də maddiyyat baxımından çox şanslıdırlar. Bu bürcün nümayəndələri daim öz həyatlarında mükəmməlliyə nail olmaq istəyirlər. Məqsədlərinə çatmaq üçün özlərini motivasiya edirlər. Qızlar pul qazanmağı və qənaət etməyi sevirlər. Məhz bu qənaətcilliklərinə görə mütləq varlanacaqlar.

Dolça bürcü - Onların yaradıcı instinktləri  və istedadları uğur nərdivanının zirvəsinə qalxmağa kömək edir. Dolça bürcləri atacaqları addımlara diqqət edirlər.

Əkizlər, Xərçəng, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq və Balıqlar pul baxımından şanslı olmaya bilərlər. Onlar bir az daha səbirli olmalıdırlar.