​Azərbaycanda bu şəxslərə yeni vəzifələr VERİLDİ

​Azərbaycanda bu şəxslərə yeni vəzifələr
12:17 15.11.2023
193 Ölkə
A- A+
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən Şuşa şəhərində 2024-cü il üçün monitorinqin həyata keçirilməsinə dair tədbirlər planı hazırlanaraq təsdiq edilib.


Sulh.info.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, sənədi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov imzalayıb.


Monitorinqlər bir sıra abidələrlə bağlı aparılacaq. Monitorinq komissiyası Şuşa şəhəri ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin monitorinqini həyata keçirir.

Qaydaya əsasən zəruri hallarda komissiyanın işinə ekspertlər (mühəndislər, tarixçilər, memarlar, arxeoloqlar və.s.) cəlb edilə bilər.


Monitorinq 01.11.2024-cü il tarixdən başlayaraq 30.11.2024-cü il tarixədək bir ay müddətində davam edəcək.


Abidələrə təhlükə yaradan risk faktorlarının dairəsi bu siyahı üzrə müəyyən ediləcək: zəlzələ, su anbarlarının daşmasının təsiri, eroziya (fiziki, kimyəvi və bioloji), sel sularının təsiri, torpaq sürüşməsi, təbii yanğınlar.


Əsas antropogen (insan fəaliyyəti) risk faktorları bunlardır: mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılması nəticəsində geoloji mühitin pozulması, bitki örtüyünün məhv edilməsi, səs-küy, vibrasiya və ətraf mühitin təbii fiziki parametrlərinin digər pozuntuları, ətraf mühitin çirkləndirilməsi və yanğın.


Risk faktorlarının təsirinin təzahürü abidələrin quruluşunda (təməlində, hörgüsündə, divarlarında, tavanlarında, günbəzlərində, damlarında), dekorasiyasında (divar rəsmlərində, digər bəzək elementlərində, fasadlarında), abidə yerləşən ərazinin komponentlərində baş vermiş və ya baş verə biləcək dəyişikliklər şəklində müşahidə olunur.
 

Monitorinqin nəticələri barədə hesabat komissiya tərəfindən hazırlanaraq idarəyə təqdim edilir.


Monitorinqin aparılması məqsədilə yaradılmış komissiyanın tərkibi aşağıdakı kimidir:

Komissiyanın sədri

  
 
Müslüm İmranlı Tarixi-mədəni irsin idarə olunması və qorunması şöbəsinin müdiri


Komissiyanın sədr müavini
 

Pərviz Poluxzadə Tarixi-mədəni irsin idarə olunması və qorunması şöbəsinin monitorinq üzrə aparıcı mütəxəssisi


Komissiyanın üzvləri


Nəzrin Əhmədzadə Tarixi-mədəni irsin idarə olunması və qorunması şöbəsinin tarixi memarlıq üzrə aparıcı mütəxəssisi


Elcan İbrahimov Ərazinin inkişafı və əmlakın idarə olunması şöbəsinin müdir müavini


Qorxmaz Kərimov Ərazinin inkişafı və əmlakın idarə olunması şöbəsinin sahə rəisi-mühəndisi


Səttar Quliyev Ərazinin inkişafı və əmlakın idarə olunması şöbəsinin inşaat mühəndisi
 

Vahid Abdullayev Tarixi-mədəni irsin idarə olunması və qorunması şöbəsinin abidələrin mühafizəsi üzrə aparıcı mütəxəssisi


Nicat İsgəndərov Mənzil-kommunal və təmir xidmətinin direktoru