​SON DƏQİQƏ! Türkiyə Yunanıstana BELƏ cavab verəcək

​SON DƏQİQƏ!
15:42 17.11.2023
234 Siyasət
A- A+
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Berlinə səfəri zamanı Almaniya kansleri Olaf Şoltsdan "Eurofighter Typhoon" qırıcılarının satışına qoyulan qadağanın aradan qaldırılmasını istəyə bilər.


Bu barədə "Bloomberg" Türkiyə və Almaniya rəsmilərinə istinadən məlumat yayıb.


Qeyd olunub ki, Türkiyə ən azı 20 təyyarə istəyə bilər və sonra onların sayını ikiqat artıracaq.


Məlumata görə, Türkiyə hava qüvvələrini yeniləmək, eləcə də Yunanıstanın Fransadan "Dassault Rafale" təyyarəsini almasına cavab olaraq buna ehtiyac duyur.



Lakin Rusiya hava hücumundan müdafiə vasitələrinin alınması və İsveçin NATO-ya üzvlüyünün ratifikasiyasının ləngiməsi ilə bağlı ölkələr arasında diplomatik gərginlik qalmaqdadır.


"Bloomberg" yazır ki, Türkiyə "F-4" təyyarələrini istismardan çıxarmağı planlaşdırır. ABŞ 2019-cu ildə Türkiyəni "F-35" proqramından kənarlaşdırdıqdan sonra bu məsələ Ərdoğan üçün prioritet olub. 


Bundan əvvəl Türkiyənin milli müdafiə naziri Yaşar Gülər "​​F-35" qırıcılarının alınmasının tərəfdarı olmadığını bildirsə də, Türkiyənin 40 "Eurofighter Typhoon" qırıcısı almağı planlaşdırdığını bildirib. Onun sözlərinə görə, Böyük Britaniya və İspaniya satışa ilkin razılıq verib, lakin Almaniya hələ ki, razılaşmayıb.


Qeyd edək ki, "Eurofighter Typhoon" Almaniya, Böyük Britaniya, İtaliya və İspaniya tərəfindən birgə hazırlanmış çoxməqsədli döyüş təyyarəsidir./musavat.com