​Azərbaycana vurduğu qollarla Ronaldunu keçdi

​Azərbaycana vurduğu qollarla Ronaldunu keçdi
09:28 20.11.2023
195 İdman
A- A+

Belçika millisinin futbolçusu Romelu Lukaku AVRO-2024-ün seçmə mərhələsində bombardirlər siyahısında portuqaliyalı Kriştianu Ronaldonu geridə qoyub.

Sulh.info.az lent.az-a istinadən bildirir ki, belçikalı futbolçu ötən gün Azərbaycanla keçirilən görüşdə vurduğu dörd qolla buna nail olub.

Lukaku 14 qolla seçmə mərhələnin bombardiri siyahısına başçılıq edir.

Ronaldu isə 10 qolla ikinci yerdədir.

Üçüncü yeri doqquz qol vuran Fransa millisinin futbolçusu Kilian Mbappe tamamlayır.

Belçika millisi öz qrupunda birinci yeri tutaraq AVRO-2024-ə vəsiqə qazanıb.