​Bakıda ağır yol qəzası: İki qadın həyatını itirdi - ADLAR

​Bakıda ağır yol qəzası:
09:44 20.11.2023
216 Hadisə
A- A+

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsində ölən 2 nəfərin kimliyi məlum olub.  

"Report"un məlumatına görə, Zabrat şosesində sərnişin avtobusu yolu keçən 1981-ci il təvəllüdlü Niftalıyeva Şərifə Şakir qızı və Nigar Qasımovanı vurub.

Yaralılar aldıqları ağır xəsarətdən hadisə yerində ölüblər.

Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.

Hadisənin təfərrüatı araşdırılır.