​"Fransa separatçılara dəstək verir" - İlham Əliyev

​
11:41 21.11.2023
244 Siyasət
A- A+

"Fransa separatçı meyilləri və separatçıları dəstəkləyərək bizim regionda - Cənubi Qafqazda da gərginlik yaratmağa çalışıb".

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə noyabrın 21-də Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən konfransın iştirakçılarına ünvanladığı müraciətində yer alıb.

"Fransa Ermənistandakı revanşist qüvvələri ruhlandıraraq regionda yeni müharibə şəraiti yaratmağa cəhd göstərib",- dövlət başçısının müraciətdə bildirilib.