​“Khan Academy Lənkəran təhsilində” layihəsi üzrə praktik fəaliyyətlərə start verilib

​“Khan Academy Lənkəran təhsilində” layihəsi üzrə praktik fəaliyyətlərə start verilib
14:56 23.05.2024
2085 Sosial
A- A+

AR Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” VII Qrant müsabiqəsinin qalibi olan və Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəb tərəfindən icra olunan “Khan Academy Lənkəran təhsilində” layihəsi üzrə praktik fəaliyyətlər həyata keçirilməyə başlamışdır.

Peşəkar təlim almış müəllimlərin və şağirdlərin Khan Academy onlayn öyrətmə platforması ilə praktik riyaziyyat məşğələ və dərsləri üçün Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbi və S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbi üçün müasir planşetlər (60 ədəd) və digər texniki vəsaitlər (60 ədəd simsiz qulaqlıq, 2 ədəd ruter-modem) alınmış və bu orta ümumtəhsil müəssisələrin təhvil verilmişdir.

Hər bir müəllim öz sinifi üzrə planşet və digər texniki vasitələrlə Khan Academy platformasında riyaziyyat dərslərini ətraflı, video, audio və digər təsvir və izahlarla şagirdlərə çatdırmış və onların qiymətləndirməsini aparmışdır. Praktik dərslər şagirdlərin böyük marağına səbəb olmuş, məktəblilər və eləcədə müəllimlər Khan Academy platformasının onlayn öyrətmə ilə riyaziyyatın tədrisində geniş əhəmiyyətini gördüklərini qeyd etmişlər.

Layihə sonunda iştirakçıların (müəllim, şagird və valideynlərin) davamlı şəbəkəsinin qurulması da nəzərdə tutulur.