​AOC tərəfindən Azərbaycanın Qırmızı Kitabına salınmış quşlar tədqiq edilir

​AOC tərəfindən Azərbaycanın Qırmızı Kitabına salınmış quşlar tədqiq edilir
11:52 11.07.2024
2182 Layihə
A- A+

Xəbər verildiyi kimi, Azərbaycan Ornitoloji Cəmiyyəti 1 iyundan başlayaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Xüsusi Qorunan Ərazilərdə quşların tədqiqi ilə bağlı layihə icra edir. Lahiyə çərçivəsində 6-7 iyul 2024 tarixdə 3-cü tədbir keçirilib. AOC-nin sədri Elçin Sultanov, təlimçi Fərid Ağabalayev və ekpert ornitoloq Səidə Səmədova MP-nin rəhbərliyi altında və qoruğun işçilərinin iştirakı ilə Azərbaycanın Qırmızı Kitabına salınmış ağkərkəsin və xalq tərəfindən qorunan insana yaxın yerlərdə yuvalayan ağ leyləyin yuvalarını qeydə alıblar, yuvaların koordinatları götürülüb və təsviri hazırlanıb. Alınan nəticələr Ekologiya və Təbii Sərvətlər nazirliyinə göndəriləcək və elmi məqələlərin yazılmasında istifadə olunacaq (şəkillərdə: ağkərkəs yuvası, qeydə alınma prosesi, ağ leylək yuvası).
AOC tərəfindən Azərbaycanın Qırmızı Kitabına salınmış quşlar tədqiq edilir