Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
SÜLH.İNFO xəbər verir ki, görüş zamanı Prezident və xanımı arasında səmimi dialoq baş tutub.
Həmin dialoqu təqdim edirik:
Prezident İlham Əliyev: Salam, necəsiniz? Bu kişini tanıyırsan, Mehriban?
Birinci xanım Mehriban Əliyeva: Salam, necəsiniz? Şəhriyar Məmmədyarovun atasıdır?
Prezident İlham Əliyev: Şəhriyar Məmmədyarovun atasıdır.
Birinci xanım Mehriban Əliyeva: Xoş gördük.
Prezident İlham Əliyev: Şəhriyar necədir?
Həmid Məmmədyarov: Çox sağ olun. Hər şey gözəldir, sağ olun.
Prezident İlham Əliyev: Sağ ol.