​Köçəryan Paşinyanı hədələdi: hakimiyyətdən qovacaq

​Köçəryan Paşinyanı hədələdi:
09:59 09.11.2021
244 Dünya
A- A+
“İnhisarçılara və oliqarxlara qarşı barışmaz mübarizə vəd etdilər. Yeni inhisarların, yeni oliqarxiyaların formalaşması ilə qarşılaşdıq. Rifah, sərmayələr vəd etdilər, sürətlə artan yoxsulluqla üzləşdik. İmiqrasiyaya söz verdilər, dünyanın hər yerindən ermənilərin Ermənistana gələcəyini dedilər. Əhalinin xaricə axınında böyük artım oldu. Korrupsiyaya, quldurluğa qarşı mübarizə aparacaqlarına söz vermişdilər, bu gün onla talançılığın başçılarıdırlar. Bu gün onlar sizin cibinizdədir, inflyasiyadan, koronavirusdan, ölümdən, xəstələrdən varlanırlar”.
 
SÜLH.İNFO.az xəbər verir ki, bu sözləri dünən İrəvanda keçirilən mitinqdə “Ermənistan” blokunun rəhbəri, keçmiş prezident Robert Köçəryan deyib. R.Köçəryan bildirib ki, Nikol Paşinyanın komandası hakimiyyətə gəlmək üçün xalqı aldadıb.
 
“Biz bütün bunlara dözməyə hazırıqmı, etiraf etməyə hazırıqmı ki, Ermənistanda yalnız qiymətlər, qurbanların sayı, ölənlərin sayı, məzarların sayı, yoxsulluq artır. Bunu qəbul edə bilmərik. Bu, reallıqdır və bütün bunlara qarşı mübarizə aparmağa gəlmişik”, - deyə Köçəryan vurğulayıb.
 
Keçmiş prezident Ermənistanın hazırkı iqtidarını hakimiyyətdən qovacaqları ilə hədələyib.
 
“Biz mübarizə aparacağıq və onları ya barrikadalarla, ya da seçkilərlə mütləq qovacağıq. Hər şey yaxşı olacaq", - Köçəryan vurğulayıb.