Rusiyanın Voronej vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
SÜLH.İNFO.az xəbər verir ki, məlumatı təcili xidmətdən “RİA Novosti”yə bildiriblər.
Belə ki, şosedə iki minik avtomobili toqquşub. Nəticədə biri uşaq olmaqla 5 nəfər ölüb.
Hadisənin səbəbi yol-nəqliyyat polisi tərəfindən araşdırılır.