Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın paytaxtı Paris şəhərinə yola düşüb.
Bu barədə SÜLH.İNFO.AZ-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
İşgüzar səfər çərçivəsində xarici işlər nazirinin YUNESKO-nun Baş Konfransının 41-ci sessiyasında iştirak və çıxış etməsi, həmçinin bir sıra rəsmilərlə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.