Cəlilabad rayon sakinindən narkotik və silah-sursat götürülüb.
Bu barədə SÜLH.İNFO.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ləkin kənd sakini N.İmanov saxlanılıb.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 15,465 qram heroin, 10,335 qram metamfetamin, 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 2 ədəd patron və 2 ədəd gecəgörmə cihazı aşkar edilərək götürülüb.