​Bərdə də FACİƏ: Ana doğuş zamanı öldü - YENİLƏNİB

​Bərdə də FACİƏ:
13:40 21.10.2021
311 Hadisə
A- A+
Bərdədə hamilə ölümü baş verib.
 
Bərdə Mərkəzi Rayon Xəstəxanasından SÜLH.İNFO -ya verilən məlumata görə, 1991-ci il təvəllüdlü rayon sakini Hüseynova Naibə Mürvət qızının ölümünə tromboemboliya səbəb olub.
 
Məlumata görə, gənc qadın dünən axşam saatlarında kəskin qanaxma ilə xəstəxanaya gətirilib. Erkən hamiləlik dövründə olan qadının dərman qəbul edərək hamiləliyi ləğv etmək istədiyi, bundan sonra qanaxma yarandığı məlum olub.
 
Əməliyyat zamanı onun vəəziyyəti kəskin pisləşib və həkimlərin səyinə baxmayaraq N. Hüseynovanı xilas etmək mümkün olmayıb.
 
***

Bu gün səhər saatlarında Bərdədə doğum evində ana ölümü baş verib.

SÜLH.İNFO xəbər verir ki, doğuşla bağlı Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsinə gətirilən 1991-ci il təvəllüdlü rayon sakini Hüseynova Nahidə Hüseyn qızı orada ölüb.

Hələlik ölümün dəqiq səbəbi məlum deyil.