"Bavariya" klubunun futbolçusu Niklas Züle koronavirusa yoluxub.
SÜLH.İNFO.az xəbər verir ki, 26 yaşlı müdafiəçinin Almaniya yığmasının düşərgəsində verdiyi COVİD-19 testinin nəticəsi müsbət çıxıb.
Onunla birlikdə Bundestimin daha 4 oyunçusu karantinə alınıb. Bütün qalan futbolçular və məşqçilər heyəti qarşıdakı görüşlərə hazırlıqlarını davam etdirəcəklər.
Qeyd edək ki, Almaniya yığması noyabrın 11-də Lixtenşteyn, noyabrın 14-də Ermənistanla dünya çempionatının seçmə matçlarında üz-üzə gələcək.