​Kəlbəcər rayonu istiqamətində mühəndis texnikalarımız atəşə tutulub - Rəsmi

​Kəlbəcər rayonu istiqamətində mühəndis texnikalarımız
20:00 09.11.2021
263 Qarabağ
A- A+

Kəlbəcər rayonu istiqamətində mühəndis texnikalarımız atəşə tutulub. 

SÜLH.İNFO.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.