​Moskvada Azərbaycan bayrağını təhqir edən kimdir? - FOTO

​Moskvada Azərbaycan bayrağını təhqir edən kimdir? -
21:56 09.11.2021
337 Toplum
A- A+

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Rumyantsev Ticarət Mərkəzində Azərbaycan bayrağı təhqir edilir. 

SÜLH.İNFO.az Kanal.az-a istinadən xəbər verir ki, ticarət mərkəzinin döşəmə və pilləkənlərinə Azərbaycan bayrağı həkk olunub.

Moskvada yaşayan azərbaycanlı diaspor nümayəndələri bildirir ki, bu addım məqsədli şəkildə atılıb. “Ticarət Mərkəzinin sahiblərindən biri Sirunyan Aşot Alfredoviçdir. O milliyyətcə ermənidir. Ad və soyadı da dediklərimizi təsdiq edir. Azərbaycan bayrağı da onun təşəbbüsü ilə döşəmədə əks olunub”, – deyə soydaşlarımız bildirib.

Aşot Sirunyanın bu əməli soydaşlarımız tərəfindən narazılıqla qarşılanıb.

“Biz artıq Rusiyanın müvafiq strukturlarına müraciət etmişik. Tələb etmişik ki, bu rəzalətə son qoyulsun. Ticarət Mərkəzinin rəhbərliyinə də sözümüzü demişik. Bu gün rəsmi müraciətlərimizi Azərbaycanın Rusiyadakı səfirliyinə və ticarət mərkəzinin rəhbərliyinə də çatdıracağıq”, – deyə soydaşlarımız vurğulayıb.

Soydaşlarımız olayla bağlı foto və video qeydlər göndərib. Həmin fotoları təqdim edirik.