Sinqapur zooparkında koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.
SÜLH.İNFO.az xəbər verir ki, bu barədə ölkənin baytar xidməti məlumat yayıb.
Məlumata görə, COVID-ə heyvanxanadakı şirlər arasında rast gəlinib. Dörd Asiya və bir Afrika şirinin ölümcül virusa tutulduğu bildirilib.
İlkin ehtimallara görə, xəstəlik vəhşi heyvanlara zooparkın əməkdaşından keçib.
Artıq COVID-li heyvanlar digər həmcinslərindən təcrid olunub.