“Daxili siyasətdə müəyyən qədər razılaşmadığım məqamlar var. Ancaq Azərbaycanın xarici siyasətini doğru hesab edirəm”.
“YAP-dan xahiş edirəm ki, yerlərdə camaat işsizdir. Pay torpaqları verilib, amma kəndlinin əlində texnikası yoxdur ki, əkib becərsin. Ona görə də verilən dotasiyanı uşağını oxutmağa və s. yönəldir. Şəhər əhalisi artıb, hamı işsizlikdən gəlib Bakıya. Elə etməliyik ki, əhalinin torpaqdan istifadə etmək imkanı olsun. Büdcə müzakirələrimiz gözlənilir. 2030-cu ilə qədər Milli İnkişaf Strategiyası hazırlanıb. Həmin strategiyada 2030-cu ilə qədər ÜDM-nin 100% artımı olacağı gözlənilir. Amma bunun necə olacağı, hansı proqramla ediləcəyi ortada yoxdur”.
SÜLH.İNFO-nun xəbərinə görə, bu fikirləri Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında keçirilən “Vətən Müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” adlı dəyirmi masada çıxışı zamanı deyib.
"Bəzi müxalifət liderləri tələb edirlər ki, dayanmayaq, gedək Xankəndini alaq. Ancaq onların bəzilərinin övladları hərbi xidmətdə olmayıb. Bəzilərinin övladları xaricdə yaşayır”, - o bildirib.
Deputat seçildiyi dairədən olan rayonda əhalinin vəziyyəti barədə də danışıb: