​Mahir Quliyev süni tənəffüs aparatından ayrıldı

​Mahir Quliyev süni tənəffüs aparatından
10:45 10.11.2021
170 Toplum
A- A+

Koronavirusa yoluxan Biləsuvar rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev süni tənəffüs aparatından ayrılıb.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Qaynarinfo.az-a onun vəkili Leyla Məmmədova məlumat verib.

Vəkil bildirib ki, hazırda Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalında müalicə alan Mahir Quliyevin vəziyyəti nisbətən düzəlib.

"Amma buna baxmayaraq, bəzən ağırlaşmalar olur. Hərəkət edə bilmir. Hazırda M.Quliyevin xəstəxanada müalicəsi davam etdirilir”, -deyə vəkil əlavə edib.

Qeyd edək ki, Mahir Quliyev 2006-2011-ci illərdə Astara rayon İcra Hakimiyyətinin, 2011-2020-ci illərdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı olub. O, 2020-ci il 29 apreldə Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstələrinin İcra Hakimiyyətinin binasında keçirdiyi əməliyyat zamanı saxlanılıb.