​Fumio Kişida yenidən Yaponiyanın Baş naziri seçilib

​Fumio Kişida yenidən Yaponiyanın Baş naziri
11:07 10.11.2021
172 Dünya
A- A+

Yaponiyada Liberal Demokrat Partiyasının (LDP) sədri Fumio Kişida yenidən ölkənin Baş naziri seçilib.

SÜLH.İNFO.az TASS-a istinadən xəbər verir ki, səsvermənin nəticələri parlamentin saytında dərc olunub.

O, aşağı palatada 465 deputatdan 297-nin səsini qazanıb. Konstitusiya Demokratik Partiyasının lideri Yukio Edano isə 108 səs toplayıb.

F.Kişida yuxarı palatada da 141 səslə Y.Edanonu qabaqlayıb.