Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilin həbsxanadan ilk fotoşəkli çəkilib.
SÜLH.İNFO xəbər verir ki, o, saxlandığı Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinin dəmirbarmaqlı pəncərəsindən tərəfdarlarını salamlayıb.
M.Saakaşvili türmə kamerasından tərəfdarlarına “Siz çox güclüsünüz” sözləri ilə təşəkkür edib.
Eks-prezident pəncərədə bir neçə saniyə ərzində görünüb. Pəncərə tez bir zamanda bağlansa da, media nümayəndələri onu lentə ala biliblər.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, artıq 21-ci gündür aclıq aksiyası keçirir.