​Azərbaycanda 36 yaşlı vəzifəli şəxs vəfat etdi

​Azərbaycanda 36 yaşlı vəzifəli şəxs
12:45 10.11.2021
181 Toplum
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri vəfat edib.

SÜLH.İNFO.az Report-a istinadən xəbər verir ki, nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli 36 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, O.Məhərrəmli 1985-ci ilin dekabrın 6-da anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya müəllimliyi fakültəsinin bitirib. 2007-2009-cu illərdə Samur MMC direktor müavini, 2009-2010-cu illərdə ARDNŞ “Neft Daşları” Neft Qaz Çıxarma İdarəsində komendant, 2010-2012-ci illərdə ARDNŞ “Azərikimya” İB kadrlar üzrə mühəndis, 2012-2018-ci illərdə ARDNŞ “Azərikimya” İB, Kadrlar və kadr hazırlığı şöbəsi, şöbə rəisinin müavini vəzifəsində işləyib.

2018-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan Resurlarının İdarə Edilməsi Şöbəsinin müdiri vəzifəsində işləyib.