Ermənistanın paytaxtı İrəvanda 9 uşaq zəhərlənib.
SÜLH.İNFO.az “News.am”a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, uşaqlardan 8-i Muratsan Universitetinin xəstəxanasına, 1-i isə Milli Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib.
Onların nədən zəhərləndiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.