"Peyvəndləmənin geniş yayılması COVID-19 virusunu nəzarət altına almağa kömək edə bilər".
Bunu SÜLH.İNFO.az-a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib.
“Uzunmüddətli perspektivdə virusu nəzarət altına almağa, xəstəliyin ağır keçirilməsi və ölüm hallarını əhəmiyyətli dərəcədə azaltmağa ümid edirik. Peyvəndləmənin geniş yayılması, vaksinlərin əlçatanlığının təmin edilməsi və mövcud alətlərdən strateji istifadə sayəsində buna nail ola bilərik”, - o deyib.
Onun sözlərinə görə, virusun endemik hala gəlməsi hələ onun təhlükəsiz olması demək deyil: “Pandemiyanın gələcək inkişafı ilə bağlı çoxlu qeyri-müəyyənliklər var. ÜST bir sıra ssenariləri nəzərdən keçirir, lakin hazırda koronavirus pandemiyası hələ də qızğın dövrünü yaşayır. Prioritetimiz əlimizdə olan alətlərdən istifadə etməklə insan həyatlarını xilas etməkdir”.