​16 rayonda sosial yardımla bağlı yoxlamalar başladı

​16 rayonda sosial yardımla bağlı yoxlamalar
15:10 10.11.2021
195 Toplum
A- A+

Artıq 16 rayon üzrə ünvanlı sosial yardımın verilməsi ilə bağlı yoxlanmalar başlanıb.

SÜLH.İNFO.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

"Sonrakı mərhələdə bu, 46 rayona çatdırılacaq", - nazir vurğulayıb.

S.Babayev həmçinin bildirib ki, pensiyaların araşdırılması nəticəsində qanunsuz pensiyalar müəyyənləşdirilib və nəticədə dövlət büdcəsinin xərclərinə böyük miqdarda vəsait qənaət edilib.