​Polis Tiflisdə aksiyalara müdaxilə etdi: 46 nəfər saxlanıldı

​Polis Tiflisdə aksiyalara müdaxilə etdi:
15:30 10.11.2021
168 Toplum
A- A+

Tiflisdə keçmiş prezident Mixail Saakaşviliyə dəstək aksiyasında 46 nəfər saxlanılıb.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Etirazçıların “Sərbəst toplaşmaq və ifadə azadlığı haqqında” qanundan kənara çıxması, həmçinin inzibati binaların girişlərini bağlamaq cəhdləri zamanı polis 46 nəfəri saxlayıb”, - məlumatda qeyd olunub.

Nazirlik etirazçıları və siyasi liderləri Gürcüstan Konstitusiyasına əməl etməyə, hüquq-mühafizə orqanları əməkdaşlarının fəaliyyətinə hörmətlə yanaşmağa və qanundan kənara çıxmamağa, polisin qanuni tələblərinə tabe olmağa və ictimai asayişi qorumağa çağırıb.

Qeyd edək ki, bu gün səhərdən etibarən Mixail Saakaşvilinin tərəfdarları Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti, Ədliyyə Nazirliyi və Səhiyyə Nazirliyinin binası qarşısında etiraz aksiyaları keçirirlər. Etirazçılar Mixail Saakaşvilinin azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.